İran və Türkiyənin müdafiə nazirləri Əziz Nəsirzadə və Yaşar Gülər arasında telefon danışığı olub. Onlar regional məsələləri müzakirə ediblər.
İran tərəfinin məlumatına görə, Nəsirzadə İranın atəşkəs rejiminə inanmadığını və istənilən yeni avantürizm aktına müqavimət göstərməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İslam Respublikası regionda müharibə və qeyri-sabitliyin yayılmasına can atmır, lakin istənilən təcavüzə qəti şəkildə cavab verməyə hazırdır.
Türkiyənin müdafiə naziri Yaşar Gülər də atəşkəsdən məmnunluğunu ifadə edib. O, nüvə danışıqlarının “İrana və regiona fayda verəcək ağlabatan razılaşma” ilə yekunlaşacağına ümid etdiyini bildirib.