ABŞ Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edir.
“Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”, - Rubio vurğulayıb.