İyulun 7-də Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan ölkəmizdə diplomatik fəaliyyətini başa vuran İsveç Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Patrik Svenssonu qəbul edib. Bu barədə ER Parlamenti məlumat yayıb.
Ermənistan və İsveç arasında sıx əməkdaşlıq və parlamentlərarası əlaqələrin dərinləşməsi ilə bağlı məsələlər müzakirə edilib.
Ruben Rubinyan iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafında səfir Svenssonun şəxsi töhfəsini və səylərini yüksək qiymətləndirib.