Pekinə rəsmi səfəri çərçivəsində iyunun 28-də ER xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibə verib.
Ararat Mirzoyan qeyd edib ki, bu, onun Pekinə ilk rəsmi səfəri idi.
“Bu, indiyədək görülən işlərə yekun vurmaq, əldə olunan nailiyyətləri qeyd etmək və birlikdə getməli olduğumuz gələcək əməkdaşlıq yolunu göstərmək üçün yaxşı fürsət idi.
Beləliklə, işgüzar əlaqələr artır, ticarət, insanlar arasında əlaqələr, mədəni əlaqələr inkişaf edir, siyasi dialoq da fəaldır. Və bu, münasibətlərin inkişafının bütün potensialı deyil”.
İrain-İsrail gərginliyinə toxunan Mirzoyan qeyd edib ki, Ermənistan İranla həmsərhəd qonşu dövlətdir.
“Biz çox narahat olduq və elə ilk gündə birtərəfli güc tətbiqini, İrana hücumu pisləyərək öz mövqeyimizi bildirdik. Yeri gəlmişkən, bizim mövqeyimiz Şanxay Əməkdaşlıq Təşkilatının sonradan ifadə etdiyi yanaşmaya kifayət qədər yaxın idi. Bu, təkcə bizim İranla dostluq münasibətlərimiz əsasında deyil, həm də mümkün təhlükəni, mümkün nüvə çirklənməsini nəzərə alır.
Biz regionumuzda sülhün bərqərar olmasında maraqlıyıq. Bizim sülh gündəluyimiz var, bu Ermənistanın prioritetlərdən biridir. Biz Azərbaycanla danışıqlar aparırıq.
Biz sülh sazişi layihəsi üzrə razılığa gəldik. Biz indi bu sülh sazişini imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Qərb qonşumuz Türkiyə ilə də münasibətlərimizi normallaşdırmağa çalışırıq”.
Ararat Mirzoyan onu da bildirib ki, hazırda bütün dünya ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün yeni logistik qaydalar kəşf etməyə çalışır və “Bir kəmər, bir yol” təşəbbüsü, eləcə də Ermənistanın “Sülh yollarının kəsişməsi” təşəbbüsü yeni və ya daha yaxşı əlaqələr yaratmağa yönəlmiş bu ümumi axtarışın bir hissəsidir.
“Qeyd etdiyiniz kimi, Ermənistan Respublikasının “Sülh yollarının kəsişməsi” təşəbbüsü “Bir kəmər, bir yol” baxışı ilə tam üst-üstə düşür. Bu ilin payızında Çinin Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. ŞƏT dialoq tərəfdaşı kimi Ermənistan Çinlə ümumi ticarətinin ildən-ilə artdığını görür.
Ermənistan ŞƏT-in dialoq tərəfdaşıdır və təşkilatın fundamental prinsipləri Ermənistan üçün çox vacibdir.
Ermənistan bu gün xarici siyasətini məhz bunun üzərində qurur. Ona görə də bu prinsiplər bizim üçün çox vacibdir. Bununla yanaşı, əlavə olaraq görürük ki, təşkilat daxilində bir sıra başqa gündəmlər də irəli sürülür, siz onlardan bəzilərini qeyd etdiniz: süni intellekt, rəqəmsal iqtisadiyyat, yaşıl keçid, iqlim məsələləri.
Bu mövzular bizim üçün də önəmlidir. Təkcə bir faktı xatırlayaq, məncə, kifayət qədər göstəricidir. Ermənistanla Çin arasında ticarətin əsas hissələrindən biri, deyərdim ki, ən böyük hissəsi yaşıl texnologiyalardır.
Biz ŞƏT-ə rolumuzu artırmaq istəyimiz ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Və ümid edirik ki, bizim istəklərimiz üzv dövlətlər tərəfindən müsbət qarşılanacaq”.