İyulun 2-də ER müdafiə naziri Suren Papikyan Fransanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər əməkdaşlıq çərçivəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən ediblər.
Regional və beynəlxalq hadisələrlə bağlı məsələlər də müzakirə olunub.