Hindistan 110 vətəndaşını Ermənistan vasitəsilə İrandan təxliyə edib
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Armenpress-ə bildirib.
ER Xarici İşlər Nazirliyinin sözçüsü bir müddət əvvəl bildirmişdi ki, Ermənistanın xarici işlər naziri və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar hindistanlı tələbələrin Ermənistan vasitəsilə İrandan təxliyəsi məsələsini müzakirə ediblər. O bununla bağlı Ermənistanın Hindistana dəstək verəcəyini bildirib.