Syunik rayonunun iki azyaşlı sakini yolu azaraq Azərbaycan ərazisinə keçib. Bu barədə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Alınan məlumatlara görə, 6 iyun 2025-ci il tarixində saat 01:20 radələrində Syunik rayonunun Teğ icmasının sakinləri Karen Changiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Qyagunts (13.01.2008-ci il təvəllüdlü) Syunik rayonuna bitişik Aravus kəndi ərazisində azaraq nəticəsində Azərbaycan ərazisinə keçib.
Vətəndaşların yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür”, - deyə məlumatda bildirilir.