Mayın 30-da saat 00:10-dan 01:00-dək Azərbaycan silahlı qüvvələrinin bölmələri Syunik rayonunun Xoznavar qəsəbəsi istiqamətində atəş açıb, yaşayış evinin hamam otağına ziyan dəyib, 1 xırdabuynuzlu heyvana güllə dəyib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz Azərbaycan tərəfini Xoznavarda yaşayış evinin atəşə tutulması faktını araşdırmağa və ictimai şəkildə izahat verməyə çağırırıq”, - deyə məlumatda bildirilir.