Mayın 26-da “Yerevan dialoqu” beynəlxalq konfransı çərçivəsində Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Safaryan ilə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Əhməd Saidmurodzoda arasında görüş keçirilib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər təşkilatın prioritetlərinə toxunub, Ermənistan-ŞƏT əməkdaşlığının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Mövcud geosiyasi proseslər kontekstində çoxtərəfli mexanizmlərin səmərəli tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Regional və beynəlxalq problemlərin nəzərdən keçirilməsi kontekstində nazir müavini Ermənistan Respublikasının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində davam edən səylərini təqdim edib.