Mayın 21-də ER müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Sinveyi qəbul edib.
Müdafiə naziri səfiri təyinatı münasibətilə təbrik edib, ona Ermənistan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsində nailiyyətlər arzulayıb.
Görüş zamanı tərəflər müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.