Mayın 19-da ER müdafiə naziri Suren Papikyan Yunanıstan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Sofianopulosu və müdafiə attaşesi polkovnik Xristos Arsenyunu qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib, həmçinin Suren Papikyanın Yunanıstana işgüzar səfərinin nəticələrinə yekun vurulub.
Həmsöhbətlər regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunublar.