ER Xarici İşlər Nazirliyi qeyd edib ki, Ümumdünya Mətbuat Azadlığı Günündə biz vətəndaşlarımızın hüquqlarının müdafiəsinin mühüm komponenti kimi mətbuat azadlığına güclü sadiqliyimizi bir daha təsdiqləyirik.
"Bu məqsədlə biz dezinformasiyaya qarşı mübarizə və sürətli texnoloji tərəqqi ilə bağlı problemlərin həlli istiqamətində səylərimizi davam etdiririk", - ER Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan X-də yazıb.
ER Xarici İşlər Nazirliyi Ermənistanın mətbuat azadlığı göstəricilərində əhəmiyyətli irəliləyiş əldə etdiyini xatırladıb.