Azərbaycanda 22 gündür ki, ölüm aclığı edən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyətinin hər keçən gün daha da ağırlaşdığı bildirilir.
Aprelin 22-də vəkili Fəxrəddin Mehdiyev Tofiq Yaqublu ilə görüşüb.
“22 günə artıq 13 kq yaxın çəki itirib. Vəziyyət isə get-gedə daha daha kritikləşir. Hər an geridönməz hallar baş verə bilər. Tofiq Yaqublu təcili mülki xəstəxanaya köçürülməlidir. Bu vəziyyət bir az daha da davam etsə, o, təcridxanada həyatını itirəcək”, – vəkil bildirib.
Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.
2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.
Qərar etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.