Ermənistan Respublikasının Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri Vahe Gevorqyan (iqamətgahı Pekin) etimadnaməsini Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxa təqdim edib.
Ermənistan səfiri çıxışında Ermənistan-Monqolustan münasibətlərinin inkişafına səylərini sərf etməyə hazır olduğunu bildirib.
Monqolustan prezidenti Ermənistan səfirini salamlayıb, ona fəaliyyətində uğurlar arzulayıb.