Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyaya işgüzar səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Nazirin ikitərəfli görüşləri aprelin 11-də Antalya Diplomatik Forumu çərçivəsində nəzərdə tutulub.
Aprelin 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ilə “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində iştirak edəcək.