Fevralın 25-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Ermənistan Respublikası xarici işlər nazirinin müavini Robert Abisoğomonyan “Onlayn Azadlıq Koalisiyası”nın “İnterneti birləşdirin. İnternet kəsilməsinin təsiri” adlı yüksək səviyyəli tədbirdə iştirak edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çıxışında Ermənistan Respublikası xarici işlər nazirinin müavini rəqəmsal texnologiyaların genişlənməsinə toxunub.
Nazir müavini Robert Abisoğomonyan tədbirdə iştirak edənlərin diqqətini Ermənistanda söz azadlığı və insan hüquqlarının müdafiəsi ilə bağlı yüksək göstəricilərə və bu istiqamətdə aparılan işlərə cəlb edib.
Xarici işlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasında Ermənistanın rəqəmsal texnologiyalar sahəsində həyata keçirdiyi işləri iştirakçılara təqdim edib.
Ermənistan Respublikası 2024-cü il dekabrın 3-də “Onlayn Azadlıq Koalisiyası”na qoşulub.