Fevralın 25-də Cenevrəyə işgüzar səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İslandiyanın xarici işlər naziri Thorgerdur Katrin Qunnarsdottir ilə görüşüb.
Tərəflər Ermənistan və İslandiya arasında müxtəlif format və platformalarda ikitərəfli siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi üçün göstərilən səyləri İslandiyanın xarici işlər nazirinə təqdim edib.
Görüşdə beynəlxalq və regional hadisələrə toxunulub.