Konstitusiyaya düzəlişlər daha əvvəl 2020-ci ildən başlayaraq müzakirə edilib.Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu hökumətin brifinqləri zamanı baş nazir Nikol Paşinyanın yeni Konstitusiyaya malik olmaq təklifinə istinad edərək deyib.
“Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsi həmişə daxili proses olub. Bu, heç bir xarici proseslə bağlı ola bilməz. Bu, daxili proses olub və bundan sonra da daxili proses olaraq qalacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan xalqa müraciətində bildirmişdi ki, yeni Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbulu bu sistem üçün zəruridir, çünki mövcud Konstitusiyanın qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumlarda ən azı ictimai rəydə ciddi legitimlik yoxdur.