Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq Azərbaycan hökumətini həbsdə olan səkkiz qadın jurnalisti girov əvəzində və ya şərti azadlığa buraxmağa çağırıb.
Bu barədə Azadlıq radiosu təşkilata istinadən yazır.
İnsan haqları təşkilatı bildirib ki, Azərbaycan hökuməti tənqidçilərinə qarşı əsassız və cəza məqsədli cinayət ittihamları irəli sürür.
"Azərbaycan səkkiz qadın jurnalisti fəaliyyətinə görə həbs edərək misli görünməmiş bir basqıya imza atılıb. Basqınlar, həbslər və əsassız ittihamlarla keçirilən məhkəmə prosesləri təhlükəli bir norma halına gəlib.
Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmayıb".