Fevralın 11-də Hindistanda işgüzar səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan “Aero India” sərgisi çərçivəsində keçirilən “Beynəlxalq Müdafiə və Qlobal Münaqişə vasitəsilə Dayanıqlığın qurulması” mövzusunda Müdafiə mazirlərinin konklavında iştirak edib və çıxış edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Konklav iştirakçılarını salamlayan və səmimi qonaqpərvərliyə görə Hindistan tərəfinə təşəkkür edən Suren Papikyan qeyd edib ki, Ermənistan və Hindistanın birgə səyləri təkcə ölkələrin müdafiə qabiliyyətinin artırılmasına deyil, həm də beynəlxalq və regional təhlükəsizliyin, sülhün və sabitliyin təmin edilməsinə yönəlib.
ER Müdafiə Nazirliyinin rəhbəri Ermənistanın regional təhlükəsizlik məsələlərinə yanaşmalarını, eləcə də ER hökumətinin “Sülhün kəsişməsi” layihəsini təqdim edib.