Üç aydır ki, bizim təklifimizə hər hansı cavab verilmir və Azərbaycan tərəfinin mövqeyi son dərəcə narahatedicidir.
Biz bu barədə bütün beynəlxalq tərəfdaşlarla danışırıq və düşünürəm ki, Azərbaycanın sülh prosesində iştirakını davam etdirməsi yaxşı olardı. Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Parlamentin sədri Alen Simonyan deyib.
“Hamınız bilirsiniz ki, biz paket təqdim etmişik, cavab gözləyirik, lakin bu günə kimi cavab almamışıq. Bəlkə bunun Azərbaycanla Rusiya arasında gərginləşən vəziyyətlə əlaqəsi var, bilmirəm, amma ən azından Ermənistan tərəfi cavab gözləyir”, - deyə Parlamentin sədri qeyd edib.
"Düşünürəm ki, Azərbaycan tərəfi başa düşür ki, Ermənistanın müstəqilliyi, Ermənistanın suverenliyi, Ermənistanın suverenliyinin, müstəqilliyinin gələcəyi və Azərbaycanın suverenliyi, onun gələcəyi və bütün bu məsələlər bir-biri ilə çox bağlıdır və bu, bizim əlimizdədir. Bu gün bizim bu məsələni birdəfəlik həll etmək və nəsillərimizin dinc birgə yaşamasını təmin etmək üçün tarixi şansımız var", - Simonyan qeyd edib.