“Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək. Bu barədə media qurumunun yaydığı bəyanatda deyilir.
Qurum hesab edir ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir.
Bəyanatda deyilir: “Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir”.