Fransa və Türkiyə prezidentləri arasında telefon danışığı olub, ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə tərəfinin bəyanatına görə, Rəcəb Ərdoğan Paris-Ankara dialoqunun genişlənməsinin ölkələrin münasibətlərinə müsbət təsir edəcəyini qeyd edib.
“Türkiyə və Fransa bir çox sahələrdə əməkdaşlıq potensialına malikdir. Söhbət xüsusilə müdafiə sənayesindən gedir", - Ərdoğan qeyd edib.
O, əlavə edib ki, Aİ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi çox düzgün addım olardı, Ərdoğanın sözlərinə görə, Həmas-İsrail atəşkəs rejiminin qorunub saxlanmasını və münaqişənin nəhayət həllini təmin etmək lazımdır.