Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X səhifəsində baş nazirin ABŞ-a səfərinə toxunub.
"Mən Ermənistanın baş nazirini Vaşinqtona səfərində müşayiət etməkdən şadam. Ermənistan-ABŞ strateji tərəfdaşlığına əsaslanaraq, iqtisadiyyat, ticarət, təhlükəsizlik və digər sahələrdə Ermənistan-ABŞ əməkdaşlığının gücləndirilməsinə yönəlmiş səylərimizi və mühüm danışıqları davam etdiririk.
Möhkəm təməl və gözəl perspektivlərlə biz əlaqələri dərinləşdirməyə və xalqımız üçün yeni imkanlar yaratmağa çalışırıq", - XİN rəhbəri yazıb.