Əsirlərlə bağlı bütün formatlarda danışıqlar, söhbətlər var, biz bu söhbətləri bütün mümkün yerlərə aparırıq.
Bunu jurnalistlərlə söhbətində parlamentin spikeri Alen Simonyan deyib.
“Bu məsələ sülh müqaviləsinə daxil edilməyib, 9 noyabr tarixli bəyanatda yer alıb, Rusiya və Azərbaycanın indiki mərhələdə bunu etmir”, - deyə Alen Simonyan bildirib.
“Bilirsiniz, indiyə kimi təsdiqlənmiş 23 əsir var, onlardan 11-i, səhv etmirəmsə, hərbi-siyasi liderdir, qalanları isə artıq müxtəlif vaxtlarda götürülən şəxslərdir. Bu sual daim müzakirə olunur. Azərbaycan özünü çox mənfi göstərir və demək olar ki, hətta azərbaycanlı həmkarımla görüşümdə də bu məsələni qaldırmışam.
"Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakının şərti kimi Ermənistan onların geri qayıtarılması məsələsini qaldıra bilərmi" sualına Simonyan bu cür müzakirələri indidən fikir bildirməyi tez adlandırıb.
“Azərbaycan COP-29-a dəvət edən tərəf deyil, bu, BMT-nin tədbiridir. Onu qeyd edək, çünki bəzi xəbərlər yayıldı ki, Azərbaycan Ermənistanı dəvət edir. Bu, bir az absurddur, çünki BMT dəvət edir.
İkincisi, bizim iştirakımızın məqsədəuyğun olub-olmadığını və sülh müqaviləsinin mümkün bağlanacağı təqdirdə əsirlərin qaytarılmasının baş verib-verməyəcəyini başa düşməliyik”.