Tehranda HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi İranın suverenliyinin pozulması və milli təhlükəsizliyinə hücumdur.
İRNA agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdel Kərim Əl-Xureici bildirib.
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən fövqəladə sessiyasında çıxış edən Əl-Xureyci deyib: “Səudiyyə Ərəbistanı hökuməti İsrailin hücumları və fələstinlilərə qarşı onun qeyri-qanuni hərəkətləri nəticəsində Fələstin ərazilərində eskalasiya riskini anlayır”.