Mayın 14-də ER iqtisadiyyat naziri Gevorq Papoyan Vaşinqtonda ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Agentliyinin İxraca Nəzarət Məsələləri üzrə müavini Metyu Akselrod ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ER-in ABŞ-dakı səfiri Lilit Makunts və iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan iştirak ediblər.
Görüş zamanı həmsöhbətlər Ermənistan iqtisadiyyatının şaxələndirilməsi prosesinə toxunub, ER-ABŞ ikitərəfli ticarətinin həcminin artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər..
Həmin gün nazir ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin ticarət və kənd təsərrüfatı üzrə dövlət katibinin müavini Ceyson Hayfmeyster ilə də görüşüb.
Görüşdə Ermənistan Respublikasının ərzaq təhlükəsizliyinin artırılmasına yönəlmiş mümkün addımlar, Ermənistan Respublikasından ABŞ-a kənd təsərrüfatı məhsullarının ixracının həcminin artırılması imkanları, zəruri qaydalar, eləcə də, kənd təsərrüfatı sahəsində texniki yardım müzakirə edilib.
Görüşlər zamanı qeyd olunan bütün istiqamətlər üzrə gələcək işlərin davamlılığının təmin edilməsinə dair razılıqlar əldə olunub.