Qüds Erməni Patriarxlığı İsrail polisinin erməni məhəlləsində yerləşən “Koveri Partez”də (“İnək bağı”) hərəkətlərini pisləyib və onları qanunsuz adlandırıb.
Çərşənbə günü səhər saatlarında israillilər Qüdsdəki “Koveri Partez” ərazisinə soxulub. Orada quraşdırılmış maneələr polisin dəstəyi ilə aradan qaldırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni fəallar, eləcə də erməni ruhanilərinin nümayəndələri arasında toqquşma baş verib.
Patriarxlığın bəyanatında qeyd olunur ki, bir qrup polis məmuru kahinləri və yerli xalqların nümayəndələrini evdən çıxarmaq, əmlakı məhv etmək və fiziki cəhətdən məhv etmək istəyir.
Erməni Patriarxlığı diqqəti ona yönəldib ki, gələn polisin ərazilərdə əməliyyat keçirməyə məhkəmə icazəsi olmayıb.
Qüds Erməni Patriarxlığı bütün dünyadakı xristianları dinc erməni xristian icmasına qarşı davamlı hücumlara diqqət yetirməyə çağırıb.