Moskvada MDB-yə üzv dövlətlərin Baş Qərargah Rəisləri Komitəsinin növbəti görüşü keçirilib.
İclasda Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib.
O, istər sərhədyanı ölkələrdə, istərsə də qlobal səviyyədə mövcud hərbi-siyasi vəziyyət, o cümlədən MDB ölkələrinin hərbi təyinatlı məhsulların istehsalı sahəsində əməkdaşlıq perspektivləri ətrafında müzakirələr keçirlməsi, eləcə də qoşunların döyüş qabiliyyətinin səhra şəraitində yoxlanılması üçün birgə təlimlərin təşkili barədə təkliflərlə çıxış edib.