Dekabrın 11-də Brüsseldə ER xarici işlər naziri Ararat Mirzoyan Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Katrin Kolonna ilə görüşüb.
ER Xarici İşlər Nazirliyi bildirir ki, hər iki tərəf ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsi və cari proqramların həyata keçirilməsi məsələsində sıx qarşılıqlı fəaliyyətə hazırlığı və sadiqliyini vurğulayıblar.
Tərəflər regionaı təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Sülhün bərqərar olunmasında olan problemlərə də toxunulub. Ararat Mirzoyan Katrin Kolonnaya Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son prosesləri təqdim edib.
Beynəlxalq platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.