“Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artıracaq”.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Bu, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində sabitliyin artırılmasının bir yoludur. İnanırıq ki, regionda sülhə nail olmaq üçün tarixi fürsət var. Bu, mühüm fürsətdir və biz həm Ermənistan, həm də Azərbaycanla işləyərək bu səyləri dəstəkləməyə davam etməyə sadiqik.”-deyə, o bildirib.