Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritislə telefon danışığım olub, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün “Twitter” mikrobloqunda məlumat verib.
“Beynəlxalq tərəfdaşların məqsədyönlü müraciətlərini yüksək qiymətləndirərək, Azərbaycanın 8 aya yaxındır blokadada saxladığı Laçın dəhlizi ilə bağlı Beynəlxalq Ədalət Məhkəmənin göstərişlərinin yerinə yetirilməsi və Dağlıq Qarabağın tam blokadasına son qoymaq üçün konkret addımların atılmasının vacibliyini vurğuladım”, - deyə ER XİN rəhbəri yazıb.
O, həmçinin ikitərəfli tərəfdaşlıq, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətləri ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib.