Avqustun 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin baş qərargahının kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.