• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan hökuməti və xalqının İran xalqına dəstəyi yüksək qiymətləndirilir: İran XİN başçısı Ermənistan hökuməti və xalqının... 00:17
Naxicevan ərazisində İran pilotsuz uçuş aparatı qəzaya uğrayıb: KİV Naxicevan ərazisində İran pilotsuz... 12:30
Səfir Mkrtçyan Norveç və İslandiyanın ABŞ-dakı səfirlərinə Ermənistan-ABŞ ikitərəfli gündəliyini təqdim edib Səfir Mkrtçyan Norveç və... 09:17
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Görüşün yeri və gündəliyinə dair Azərbaycanın şərtləri öz siyasi gündəminin tətbiq edilməsinin sübutudur: Artsax XİN
Siyasət
13:1328 Mar, 2023

Görüşün yeri və gündəliyinə dair Azərbaycanın şərtləri öz siyasi gündəminin tətbiq edilməsinin sübutudur: Artsax XİN

Aprelin əvvəlində Azərbaycan və Artsax nümayəndələri arasında Bakıda görüş keçirmək barədə Azərbaycan prezidenti administrasiyasının müntəzəm təklifi ilə əlaqədar olaraq, mümkün müzakirələrlə bağlı Artsax Respublikasının hakimiyyətinin Azərbaycan tərəfi ilə görüşlərin təşkili metodları və məqsədlərinə dair prinsipial mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edirik. Artsax XİN bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir: “Artsax Respublikası həmişə dialoqun və bütün mövcud problemlərin sülh yolu ilə, danışıqlar yolu ilə həllinin tərəfdarı olub və olmağa davam edir. Biz Azərbaycan tərəfi ilə təmaslardan heç vaxt imtina etməmişik ki, bunu Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunlarının komandanlığının vasitəçiliyi ilə Artsax və Azərbaycan nümayəndələri arasında keçirilən görüşlər sübut edir.

İclasın yeri və gündəliyi ilə bağlı Azərbaycan tərəfinin səsləndirdiyi şərtlər, habelə bu təklifin təqdim olunduğu kontekst sübut edir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozması və ya məcburiyyət, blokada və dözülməz həyat şəraiti yaratmaq və hərbi gücdən istifadə etməklə öz siyasi gündəminin tətbiq edilməsidir.

Bununla əlaqədar xatırlatmağı zəruri hesab edirik ki, üç gün əvvəl, martın 25-də Azərbaycan silahlı qüvvələri 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, təmas xəttini keçib, Stepanakert-Lisaqor torpaq yolu istiqamətində Artsax Respublikasının ərazisinə doğru irəliləyiblər.

Bundan başqa, martın 27-də Azərbaycan silahlı qüvvələri blokada şəraitində Şuşi rayonunun icmaları ilə respublikanın digər yaşayış məntəqələri arasında əlaqə üçün yeganə imkan olan sözügedən yolu növbəti dəfə nəzarətə götürməyə cəhd göstərib.

Biz əvvəlki görüşlərin təşkil edilmiş təcrübəsinə uyğun olaraq, Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının vasitəçiliyi ilə və onların komandanlığının yerləşdiyi yerdə Artsax xalqının normal həyat fəaliyyətinin təmin edilməsi və tərəflərin üzərinə götürdüyü öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsi, xüsusən də Laçın dəhlizinin fasiləsiz fəaliyyəti ilə bağlı sualları müzakirə etmək üçün Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. 

Bu kontekstdə biz Laçın dəhlizi ilə Artsaxı Ermənistana birləşdirən yeganə yolun yenidən açılması və blokadaya alınması nəticəsində yaranan humanitar, infrastruktur və digər təcili problemlərin həllini prioritet hesab edirik.

Artsaxın hakimiyyəti Azərbaycan tərəfinə hazır həll yollarını tapşırmağa deyil, vəziyyəti sabitləşdirməyə və gərginliyin daha da artmasının qarşısını almağa yönəlmiş qarşılıqlı məqbul həll yollarının axtarışına yönələcək digər məsələlərin müzakirəsinə də açıqdır.

Biz bir daha vurğulayırıq ki, Laçın dəhlizinin blokadasının davam etdirilməsi və Artsaxda humanitar böhranın kəskinləşməsi qəbuledilməzdir və heç bir halda dialoq üçün əlverişli mühitin yaradılmasına kömək etmir. Əminik ki, istər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata, istərsə də Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq öz beynəlxalq öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi Azərbaycan tərəfindən problemləri zorakılıq və güc tətbiq etmədən, dialoq və danışıqlar yolu ilə həll etmək istəyi və marağını sübut edə bilər.

Biz bir daha texniki və humanitar məsələlərin həlli üzrə dialoqun siyasiləşdirilməsinin yolverilməzliyini vurğulayırıq və qeyd edirik ki, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasının siyasi məsələləri razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında, tərəflərin bərabərliyi əsasında və öhdəliklərinin yerinə yetirilməsi üçün güclü beynəlxalq təminatların olması halında müzakirə edilməlidir”.

 
Baxışların sayı276
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Cayşankar Ermənistana təşəkkür edib 13:0404 Apr, 2026
  • İran və İsrail bir-birlərinə zərbələr endiriblər 11:2804 Apr, 2026
  • Ermənistan və Rusiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr 16:4103 Apr, 2026
  • İran səfiri Gürcüstan Xarici İşlər Nazirliyində görüş keçirib 16:3003 Apr, 2026
  • Ermənistan və İraq arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir: Məhəmməd əl-Şeyxlidən 15:2003 Apr, 2026
  • ER MŞ vitse-spikeri və İran səfiri regional inkişaflar barədə fikir mübadiləsi aparıblar 12:3403 Apr, 2026
  • İranın Hörmüz boğazından keçid üçün pul almaq ideyası ağılsızdır: Böyük Britaniya 11:4203 Apr, 2026
  • ER Xİ nazirinin müavini Qazaxıstan XİN-in Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoruna sülh prosesini təqdim edib 17:4802 Apr, 2026
  • Ərazi idarəetmə və infrastruktur naziri və ABŞ-ın müvəqqəti işlər vəkili enerji və nəqliyyatla bağlı məsələləri müzakirə ediblər 16:0402 Apr, 2026
  • Paşinyan neft məhsullarının qiymətlərinin mümkün artımı və Rusiya ilə dəmir yolu ilə bağlı müzakirələr barədə 14:0602 Apr, 2026
  • Moskva Yerevanın ABŞ və Avropa Birliyi ilə tərəfdaşlığına mane olmur: Overçuk 13:1402 Apr, 2026
  • Rusiyaya səfəri çox uğurlu qiymətləndirirəm: Paşinyan 12:5702 Apr, 2026
  • Cənubi Qafqaz Dəmir Yollarının konsessiyasını üçüncü tərəfə satmaq üçün heç bir obyektiv səbəb yoxdur. Overçuk 11:3802 Apr, 2026
  • İran Prezidenti hərbi əməliyyatların dayandırılması şərtini müəyyən edib: EFE 17:3701 Apr, 2026
  • Mən Rusiyaya işgüzar səfərə gəlmişəm: Baş nazir 15:5501 Apr, 2026
  • Hambardzum Matevosyan COP17 hazırlıq işlərini diplomatlara təqdim edib 15:3301 Apr, 2026
  • Huawei nümayəndələri ilə elektrik enerjisi saxlama fəaliyyətinin perspektivləri müzakirə olunub 14:4601 Apr, 2026
  • ABŞ İrana qarşı müharibə bitdikdən sonra NATO ilə münasibətlərini yenidən nəzərdən keçirməyi planlaşdırır: Rubio 13:0201 Apr, 2026
  • İranın hücumunda 13 ABŞ əsgəri həlak olub: ABC News 12:4701 Apr, 2026
  • ER Xarici İşlər Nazirliyi Bakının ittihamlarına cavab verib 10:4001 Apr, 2026
  • Nikol Paşinyan Rusiyaya gedəcək: Vladimir Putinlə görüş keçiriləcək 10:1001 Apr, 2026
  • Armen Qriqoryan təhlükəsizlik siyasətinə həsr olunmuş müzakirədə iştirak edib 17:3731 Mar, 2026
  • İtaliya ABŞ-ın İrana qarşı müharibə üçün Sitsiliya hava bazasından istifadəsini qadağan edir: Corriere della Sera 15:1331 Mar, 2026
  • Baş nazir Rusiyaya gedəcək: Putinlə görüş gözlənilir 14:0431 Mar, 2026
  • ER Baş naziri və yeni təyin olunmuş AB Vətəndaş Missiyasının rəhbəri Ermənistan və Azərbaycan arasında sülh quruculuğunu müzakirə ediblər 13:5631 Mar, 2026
  • Bütün gəmilər yalnız İranın icazəsi ilə Hörmüz boğazından keçməlidir: Əraqçi 12:5431 Mar, 2026
  • Belçika-Ermənistan Dostluq Qrupunun nümayəndələri Tsitsernakaberd Xatirə Kompleksini ziyarət etdilər 12:3331 Mar, 2026
  • Rubio və Kobaxidze Qafqazda təhlükəsizliyi müzakirə ediblər 11:1931 Mar, 2026
  • Kapan-Yerevan-Kapan uçuşları bu gün bərpa olunur 08:4031 Mar, 2026
  • TRIPP layihəsi Belçika Parlamentinin nümayəndə heyətinə təqdim edilib 17:1830 Mar, 2026
  • Ermənistan Litva üçün vacib ölkədir: Seymin Xarici Əlaqələr Komitəsinin sədri 16:1630 Mar, 2026
  • Ruben Rubinyan Ermənistan və Litva arasında parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirib 15:0330 Mar, 2026
  • Parlamentin sədri Qətər Dövlətinin yeni təyin olunmuş səfirini qəbul edib 13:5530 Mar, 2026
  • Kommersiya gəmiləri Hörmüz boğazından keçmək üçün pul ödəyəcək 11:2130 Mar, 2026
  • Ermənistan hökuməti və xalqının İran xalqına dəstəyi yüksək qiymətləndirilir: İran XİN başçısı 00:1730 Mar, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015