• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Görüşün yeri və gündəliyinə dair Azərbaycanın şərtləri öz siyasi gündəminin tətbiq edilməsinin sübutudur: Artsax XİN
Siyasət
13:1328 Mar, 2023

Görüşün yeri və gündəliyinə dair Azərbaycanın şərtləri öz siyasi gündəminin tətbiq edilməsinin sübutudur: Artsax XİN

Aprelin əvvəlində Azərbaycan və Artsax nümayəndələri arasında Bakıda görüş keçirmək barədə Azərbaycan prezidenti administrasiyasının müntəzəm təklifi ilə əlaqədar olaraq, mümkün müzakirələrlə bağlı Artsax Respublikasının hakimiyyətinin Azərbaycan tərəfi ilə görüşlərin təşkili metodları və məqsədlərinə dair prinsipial mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edirik. Artsax XİN bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir: “Artsax Respublikası həmişə dialoqun və bütün mövcud problemlərin sülh yolu ilə, danışıqlar yolu ilə həllinin tərəfdarı olub və olmağa davam edir. Biz Azərbaycan tərəfi ilə təmaslardan heç vaxt imtina etməmişik ki, bunu Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunlarının komandanlığının vasitəçiliyi ilə Artsax və Azərbaycan nümayəndələri arasında keçirilən görüşlər sübut edir.

İclasın yeri və gündəliyi ilə bağlı Azərbaycan tərəfinin səsləndirdiyi şərtlər, habelə bu təklifin təqdim olunduğu kontekst sübut edir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozması və ya məcburiyyət, blokada və dözülməz həyat şəraiti yaratmaq və hərbi gücdən istifadə etməklə öz siyasi gündəminin tətbiq edilməsidir.

Bununla əlaqədar xatırlatmağı zəruri hesab edirik ki, üç gün əvvəl, martın 25-də Azərbaycan silahlı qüvvələri 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, təmas xəttini keçib, Stepanakert-Lisaqor torpaq yolu istiqamətində Artsax Respublikasının ərazisinə doğru irəliləyiblər.

Bundan başqa, martın 27-də Azərbaycan silahlı qüvvələri blokada şəraitində Şuşi rayonunun icmaları ilə respublikanın digər yaşayış məntəqələri arasında əlaqə üçün yeganə imkan olan sözügedən yolu növbəti dəfə nəzarətə götürməyə cəhd göstərib.

Biz əvvəlki görüşlərin təşkil edilmiş təcrübəsinə uyğun olaraq, Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının vasitəçiliyi ilə və onların komandanlığının yerləşdiyi yerdə Artsax xalqının normal həyat fəaliyyətinin təmin edilməsi və tərəflərin üzərinə götürdüyü öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsi, xüsusən də Laçın dəhlizinin fasiləsiz fəaliyyəti ilə bağlı sualları müzakirə etmək üçün Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. 

Bu kontekstdə biz Laçın dəhlizi ilə Artsaxı Ermənistana birləşdirən yeganə yolun yenidən açılması və blokadaya alınması nəticəsində yaranan humanitar, infrastruktur və digər təcili problemlərin həllini prioritet hesab edirik.

Artsaxın hakimiyyəti Azərbaycan tərəfinə hazır həll yollarını tapşırmağa deyil, vəziyyəti sabitləşdirməyə və gərginliyin daha da artmasının qarşısını almağa yönəlmiş qarşılıqlı məqbul həll yollarının axtarışına yönələcək digər məsələlərin müzakirəsinə də açıqdır.

Biz bir daha vurğulayırıq ki, Laçın dəhlizinin blokadasının davam etdirilməsi və Artsaxda humanitar böhranın kəskinləşməsi qəbuledilməzdir və heç bir halda dialoq üçün əlverişli mühitin yaradılmasına kömək etmir. Əminik ki, istər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata, istərsə də Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq öz beynəlxalq öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi Azərbaycan tərəfindən problemləri zorakılıq və güc tətbiq etmədən, dialoq və danışıqlar yolu ilə həll etmək istəyi və marağını sübut edə bilər.

Biz bir daha texniki və humanitar məsələlərin həlli üzrə dialoqun siyasiləşdirilməsinin yolverilməzliyini vurğulayırıq və qeyd edirik ki, Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasının siyasi məsələləri razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında, tərəflərin bərabərliyi əsasında və öhdəliklərinin yerinə yetirilməsi üçün güclü beynəlxalq təminatların olması halında müzakirə edilməlidir”.

 
Baxışların sayı294
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026
  • Kreml Tuskun Şimal Axını ilə bağlı açıqlamasından təəccübləndi 17:1521 Avq, 2026
  • İntizam səviyyəsinin artırılmasının alternativi yoxdur։ Suren Papikyan Müdafiə Nazirliyinin hərbi hissəsinə gözlənilməz səfər edib 16:1521 Avq, 2026
  • Avqustun 24-də Parlament Hökumət proqramını müzakirə etmək üçün iclas çağıracaq 15:0621 Avq, 2026
  • İranla razılaşma daha da çətinləşib: Tramp 11:4521 Avq, 2026
  • AB-nin Ermənistandakı missiyasının rəhbəri Martuni mərkəzini ziyarət etdi 10:4421 Avq, 2026
  • ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artıb 16:1420 Avq, 2026
  • Vahagn Aleksanyan və Böyük Britaniya səfiri ikitərəfli parlament əlaqələrini dərinləşdirmək perspektivlərini müzakirə ediblər 14:4020 Avq, 2026
  • TRIPP şirkətinin yaradılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir, heç bir maneə yoxdur: Paşinyan 13:2720 Avq, 2026
  • Trampın İrana qarşı siyasəti uğursuzdur: Əraqçi 11:1820 Avq, 2026
  • AB ölkələrinə ixrac həcmləri artıb 10:0320 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini və Almaniya Bundestaqının üzvü Ermənistan-Almaniya ikitərəfli gündəliyi məsələlərini müzakirə ediblər 17:1219 Avq, 2026
  • Rusiya və Ukrayna hərbi əsirləri mübadilə edib 17:0319 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini Hindistan müdafiə nazirini qəbul edib 15:4319 Avq, 2026
  • Azərbaycanın informasiya sahəsində Rusiyaya qarşı düşmənçilik xarakterli hekayələr var։ Zaxarova 14:3819 Avq, 2026
  • Tramp Kanada mallarına 50% gömrük rüsumu dayandırdı 11:3419 Avq, 2026
  • Ermənistan və Çexiya su sektorunda əməkdaşlığı dərinləşdirir 17:3118 Avq, 2026
  • Müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub 14:4818 Avq, 2026
  • Paşinyan və ABŞ Nümayəndələr Palatasının üzvü TRIPP-in tətbiqi və regional prosesləri müzakirə ediblər 14:4618 Avq, 2026
  • Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb 14:3018 Avq, 2026
  • Bu gecə Moskvada 600-dən çox PUA hücum edib 11:5918 Avq, 2026
  • ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti 17-21 avqust tarixlərində Ermənistana səfər edəcək 11:3018 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015