• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
DQ-dan məcburi köçkün düşmüş erməni əhalisinin nümayəndələri Azərbaycan prezidentindən onların tarixi vətənlərinə təhlükəsiz qayıtmasını təmin etməyi tələb ediblər
İctimaiyyət
16:0120 Mar, 2023

DQ-dan məcburi köçkün düşmüş erməni əhalisinin nümayəndələri Azərbaycan prezidentindən onların tarixi vətənlərinə təhlükəsiz qayıtmasını təmin etməyi tələb ediblər

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş erməni əhalisinin nümayəndələri bəyanat yayaraq qeyd edib ki, 2020-ci ilin 44 günlük müharibəsi və Azərbaycanın həyata keçirdiyi məcburi deportasiya nəticəsində Dağlıq Qarabağın Hadrut, Şuşi, Askeran, Martuni və Martakert rayonlarından on minlərlə erməni əhalisi hazırda öz vətənlərində yaşamaq hüququndan məhrumdurlar. 

Bəyanatda deyilir.

“Hələ 1990-cı illərdə Şahumyan rayonunun, Getaşen yarımrayonunun on minlərlə erməni əhalisi Azərbaycan tərəfindən deportasiya edilib.

Bu arada, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 7-ci bəndində Ermənistan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyasının rəhbərləri  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağa və bitişik rayonlara qayıtmasını təmin etmək öhdəliyi götürüblər, lakin bu, indiyə qədər olmayıb.

Dağlıq Qarabağdan məcburi köçkün əhalinin hüquqlarının bərpası zərurətini, habelə Azərbaycanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 7-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq, bu məktubla Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən erməni qaçqınlarının pozulmuş hüquqlarının bərpa edilməsinin təxirəsalınmaz vacibliyini tanımağı, üzərinə götürdüyü öhdəliklərə və insan və humanitar hüquqa uyğun olaraq, onların tarixi torpaqlarına və keçmiş yaşayış məntəqələrinə təhlükəsiz və ləyaqətli qayıtmasını təmin etməyi tələb edirik. 

Biz Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatı imzalayan tərəf olaraq Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etməyə yönələcək bütün beynəlxalq hüquqi və siyasi mexanizmlərin həyata keçirilməsinə ardıcıl yanaşma nümayiş etdirməyə çağırırıq. Eyni zamanda, qaçqınların hüquq və mənafelərinin daha səmərəli müdafiəsi, onların qanuni tələblərinin səsləndirilməsi və təşviqi üçün əlavə mexanizmlər yaratmağı xahiş edirik.

Biz Rusiya Federasiyasının prezidenti Vladimir Putini bəyanatı imzalayan dövlət başçısı olma və bununla bəyanatın tələblərinin icrasının təminatçısı olma vəziyyətini nəzərə alınmaqla, beynəlxalq hüquqla müəyyən edilmiş çərçivələr və bütün mümkün siyasi rıçaqlarla 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinin həyata keçirilməsini təmin etməyə çağırırıq. 

Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipp Qrandiyə Azərbaycanın nəzarəti altında olan ərazilərdən köçkün düşmüş erməni əhalisinin geri qayıtmasını təşkil etmək, nəzarət etmək və təmin etmək, habelə onların təhlükəsizliyi üçün effektiv və tətbiq olunan beynəlxalq təminatların həyata keçirilməsinə, o cümlədən sülhmərmalı qüvvələrin yerləşdirilməsinə dəstək vermək üçün müraciət edirik. 

Eyni zamanda, Ali Komissarın diqqətinə çatdırırıq ki, hazırda Azərbaycan hakimiyyəti azərbaycanlıların yaşayış məntəqələrimizə qeyri-qanuni köçürülməsi proqramlarını həyata keçirərək, geri qayıtmağımıza mane olur və əmlakımızı qanunsuz ələ keçirir.

Bu məktubu 2020-ci ilin 44 günlük və Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların yaratdığı, onların mənafeyini təmsil edən, hüquqlarını qoruyan və adından fəaliyyət göstərən təşkilatlar kimi təqdim edirik.

 

"DQR Qaçqınlar İttifaqı" QHT – Saro Saroyan

"Analıq" QHT - Hasmik Mikayelyan

"Kaçar Elmi Mərkəzi" QHT - Mher Harutyunyan

"Qadınlara və Uşaqlara Dəstək və İnkişaf Mərkəzi" QHT - İnessa Asryan

 "Ədalət Uğrunda Qaçqınlar Birliyi" QHT - Anjela Tamrazyan

“Qaçqın Qadınlar Assosiasiyası” QHT- Ruzanna Avagyan

"Bizim Evimiz" QHT - Anahit Tovmasyan

"Hadrutun deokupasiyası" QHT - Meri Davtyan

"Hadrut Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi" QHT - İra Tamrazyan”.

 
Baxışların sayı1204
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ermənistanla KTMT arasında heç bir münaqişə yoxdur: Vasilyev 12:4606 Avq, 2026
  • Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi 10:3406 Avq, 2026
  • ER Baş naziri və ABŞ-ın xüsusi elçisinin baş müşaviri TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər 16:5605 Avq, 2026
  • Tehran Hörmüz boğazı ilə bağlı Omanla razılığa gələrsə, ABŞ İran blokadasını ləğv edə bilər։ FT 16:1005 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini və BMT nümayəndəsi Yerevanda COP17-yə hazırlıqları müzakirə ediblər 15:0405 Avq, 2026
  • Mirzoyan ABŞ-ın xüsusi elçisinin baş məsləhətçisini qəbul etdi 12:2305 Avq, 2026
  • Tramp Hörmüz boğazının tez bir zamanda açılacağını vəd edir 12:0405 Avq, 2026
  • Ermənistan və Hindistan arasında müdafiə əməkdaşlığı məsələləri müzakirə olunub 10:4305 Avq, 2026
  • Hayk Koncoryan Parlamentin sədr müavini seçildi 17:1504 Avq, 2026
  • Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verəcək: Mirziyoyev Paşinyana 15:1104 Avq, 2026
  • Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözlənilir: Bayramov 15:0304 Avq, 2026
  • Yenidən təyinat ictimaiyyətin Sizin siyasi kursunuza dəstəyinin göstəricisidir: Rəhmondan Paşinyana 14:5104 Avq, 2026
  • Sisian şəhərindən 23 km cənub-qərbdə zəlzələ baş verib 12:2204 Avq, 2026
  • Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi 11 noyabr sessiyasında müzakirə oluna bilər: Vasilyev 11:1904 Avq, 2026
  • Hökumətin yeni tərkibi məlumdur 17:1203 Avq, 2026
  • Əsirlərin və saxlanılan şəxslərin qaytarılması məsələsi gündəlik işin bir hissəsidir: Rubinyan 16:2103 Avq, 2026
  • Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov təyin ediləcək: KİV 15:3303 Avq, 2026
  • Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi 14:3203 Avq, 2026
  • Trampdan İranla danışıqlara peşəkar diplomatları cəlb etmək tələb olunub 12:1103 Avq, 2026
  • Tramp İranla yeni danışıqların mümkün olduğunu deyir 09:1003 Avq, 2026
  • Yəmən Bab əl-Məndəb boğazınıdan keçidin pulsuz olduğunu bildirir 12:5901 Avq, 2026
  • Finlandiya Avropanı İspaniya ilə Şengen sazişinin dayandırılmasını dəstəkləməyə çağırır 17:3531 İyl, 2026
  • Sinqapur Baş naziri Nikol Paşinyanı Ermənistandakı seçki qələbəsi münasibətilə təbrik edib 14:1631 İyl, 2026
  • Ermənistan-Hindistan əməkdaşlığının yüksək texnologiyalar sahəsində gedişi və perspektivləri müzakirə edildi 12:4731 İyl, 2026
  • Mnatsakan Safaryan və Portuqaliyanın yeni təyin olunmuş səfiri ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etdilər 12:3831 İyl, 2026
  • ABŞ Dövlət Departamenti Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına qarşıdır: Fox News 12:3031 İyl, 2026
  • Yüksək Texnologiyalar Sənayesi Nazirliyində Ermənistan-İsveç əməkdaşlığının yüksək texnologiyalar sahəsində inkişaf etdirilməsi imkanları müzakirə olunub 16:1130 İyl, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015