• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Azərbaycan liderinin hərbi ritorikası Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi səylərini sarsıtmağa yönəlib: ER XİN
Siyasət
11:2417 Mar, 2023

Azərbaycan liderinin hərbi ritorikası Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi səylərini sarsıtmağa yönəlib: ER XİN

ER Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin saxta iddiaları və hərbi ritorikası ilə bağlı bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
 
“Martın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı Ermənistan Respublikasına qarşı ərazi iddialarının və növbəti təcavüzə hazırlığın bariz təzahürü idi.
 
Azərbaycan prezidenti Ermənistan Respublikasının suveren ərazisini qondarma “Qərbi Azərbaycan” adı altında təqdim etməklə nəinki BMT Nizamnaməsini, BMT Baş Assambleyasının dövlətlər arasında qonşuluq münasibətləri və əməkdaşlığının beynəlxalq hüququn prinsipləri haqqında bəyannaməsini, Almatı Bəyannaməsini, həm də Praqa və Soçi bəyanatları ilə üzərinə götürdüyü və məhz bu çıxışda istinad etdiyi öhdəliklərini kobudcasına pozur. 
 
Azərbaycan qaçqın və məcburi köçkünlərin Dağlıq Qarabağa və qonşu rayonlara qayıtmasına davamlı olaraq maneçilik törədir, eyni zamanda Dağlıq Qarabağ ermənilərinin deportasiyası nəticəsində nəzarətində olan əraziləri məskunlaşdırmağa hazırlaşdığını bəyan edir. 
 
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın demək olar ki, bütün maddələrini pozan Azərbaycanın prezidenti özünün də etiraf etdiyi kimi, dəhlizlərlə bağlı uydurma söhbətləri ilə regional kommunikasiyaların açılması prosesinə mane olur.
 
Azərbaycan liderinin hərbi ritorikası Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi səylərini tamamilə pozmağa, həm Ermənistan Respublikasının suveren ərazisinə və Dağlıq Qarabağa qarşı genişmiqyaslı güc tətbiqinə əl atmağa yönəlib.
 
Humanitar fəlakət yaratmaq məqsədi daşıyan hərəkətlərlə müşayiət olunan Dağlıq Qarabağ ermənilərinə qarşı istifadə olunan təhqiramiz ifadələr Azərbaycanın ən yüksək səviyyədə gizlədilməyən etnik təmizləmə siyasətini nümayiş etdirir.
 
Üstəlik, Ankarada bu cür təxribat xarakterli tezislərin səsləndirilməsi təkcə Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarını pozmaq deyil, həm də Ermənistan-Türkiyə normallaşma prosesində müsbət dinamikanı əngəlləmək məqsədi daşıyır.
 
Regionun sabitliyi və sülhündə maraqlı olan bütün tərəfdaşlar Azərbaycan prezidentinin analoji siyasətini dərhal qiymətləndirməli və Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulması hallarının aradan qaldırılması və güc tətbiqinin istisna edilməsi üçün fəal addımlar atmalıdırlar”.
 
Baxışların sayı9
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Polşa Seyminin Polşa-Ermənistan Dostluq Qrupunun nümayəndə heyəti Parlamentdə olub 14:1110 Sen, 2026
  • Putinlə əla söhbətim oldu. O, razılaşmanı imzalamaq istəyir: Tramp 12:1210 Sen, 2026
  • Rusiya və Türkiyə Cənubi Qafqaz və Orta Asiyadakı vəziyyəti müzakirə etdilər 11:3610 Sen, 2026
  • Aİ Məhkəməsi Macarıstanın Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsinə qarşı iddiasını rədd edib 16:3409 Sen, 2026
  • Parisə çatdıq: Baş nazir video yayımladı 15:2109 Sen, 2026
  • Rubio Ukrayna münaqişəsinin həlli üçün əlavə təşəbbüslər inkişaf etdirməyi mümkün hesab edir 14:5809 Sen, 2026
  • AB Kiyevə kredit vasitəsilə Patriot raketləri almağa icazə verib 14:1509 Sen, 2026
  • Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Florian Eskudye Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi 11:4809 Sen, 2026
  • ER Parlamentinin sədri və Braziliya səfiri iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər 11:0709 Sen, 2026
  • Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb 08:4909 Sen, 2026
  • Gevorq Papoyan Dubaydakı ən böyük pərakəndə satış şəbəkəsi “Bluemart”ın rəhbərliyi ilə görüşüb 17:0408 Sen, 2026
  • Şimali Makedoniya ilə siyasi dialoqun aktivləşdirilməsinə əhəmiyyət veriri: Nikol Paşinyan 16:5308 Sen, 2026
  • Ermənistan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri ikitərəfli münasibətlərdə hüquqi və müqavilə bazalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər 15:1708 Sen, 2026
  • Enerji dayanıqlığının gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi ER hökumətinin prioritetləri arasındadır: Mirzoyan 14:1108 Sen, 2026
  • Qazaxıstan Ermənistan Baş nazirinə aid edilən məlumatları təkzib edir 12:2708 Sen, 2026
  • Taşa Harris Böyük Britaniyanın Ermənistan üzrə yeni Ali Komissar müavini təyin edilib 11:3808 Sen, 2026
  • Ararat Mirzoyan Latviya Seym sədri ilə görüşüb 09:5108 Sen, 2026
  • Qazaxıstan sosial şəbəkəsində Ermənistanın Baş nazirinə aid edilən ifadələr saxtadır 17:1607 Sen, 2026
  • Ermənistan bütün Baltikyanı ölkələrlə tərəfdaşlığını ardıcıl olaraq genişləndirir: XİBTN 16:5907 Sen, 2026
  • Ararat Mirzoyanın Riqadakı rəsmi müzakirələri Latviya xarici işlər naziri ilə təkbətək görüşlə başlayıb 16:1007 Sen, 2026
  • Putin-Paşinyan görüşü diplomatik kanallar vasitəsilə razılaşdırılacaq: Peskov 15:4907 Sen, 2026
  • Xudatyan və Kvrivişvili nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər 15:3007 Sen, 2026
  • Gevorq Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dubayda keçirilən 15-ci İllik İnvestisiya Görüşündə iştirak edir 14:2607 Sen, 2026
  • Sərhəd keçid məntəqələrinin açılması Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır: Birgə bəyanat 12:3107 Sen, 2026
  • Rubinyan və İsveçrə səfiri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər 12:0007 Sen, 2026
  • Səfir Marqaryan və Litva Seyminin sədr müavini Parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər 11:3205 Sen, 2026
  • Azərbaycan Ermənistana yanacaq çatdıracaq 11:2105 Sen, 2026
  • ER ərazi idarəetmə naziri və Çexiya nəqliyyat naziri aviasiya, dəmir yolu və avtomobil sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər 17:3304 Sen, 2026
  • ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı 16:0904 Sen, 2026
  • Parlamentin və Qətər səfiri regional məsələləri və inkişafları müzakirə etdilər 13:2704 Sen, 2026
  • Nikol Paşinyan Serdar Berdimuhamedovu COP17 çərçivəsində liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət etdi. 11:2604 Sen, 2026
  • Baş nazir Ermənistanda diplomatik missiyasını başa vuran Fransa səfirini qəbul edib 16:4303 Sen, 2026
  • ER Təhlükəsizlik Şurasının katibi və Qətər səfiri ikitərəfli əməkdaşlığın davamlı dərinləşməsini vurğulayıblar 15:2403 Sen, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015