Yeni Dehlidə olan ER xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan və Rusiya xarici işlər nazirləri Azərbaycanın Laçin dəhlizinin bağlanması və elektrik enerjisinin kəsilməsi nəticəsində Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq əldə edilmiş razılaşmaların yerinə yetirilməsi və Laçin dəhlizinin blokadasının açılmasının zəruriliyi vurğulanıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə toxunublar.
Xarici işlər nazirləri görüş zamanı ikitərəfli maraq doğuran digər məsələlərə də toxunublar.