Bu il sentyabrın 13-14-də Azərbaycan Ermənistanın suveren ərazisinə hücum etdi, bunun nəticəsində insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halları baş verib.
Bunu Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Soyqırım cinayətinə qarşı” 4-cü Qlobal Forumda çıxışı zamanı deyib.
“Erməni xalqı indiyədək aradan qaldırılmamış yeni təhlükəsizlik təhdidləri ilə üzləşib. Bu vəziyyət uzun bir prosesin nəticəsidir ki, ermənilərə qarşı nifrətin yayılması, hərbi potensialın ardıcıl inkişafı sonda güc tətbiqinə çevrilib.
Aydındır ki, güc həmişə beynəlxalq münasibətlərdə mühüm amil olub, lakin heç bir beynəlxalq sistem yalnız “Güc haqqını doğurur” prinsipinə əsaslana bilməz”,- deyə o qeyd etdi.
Mirzoyan qeyd etdi ki, həm ayrı-ayrı insanların, həm də ayrı-ayrı xalqların yaşamaq, təhlükəsiz yaşamaq və öz müqəddəratını idarə etmək hüququ var.