Artsax dövlət nazirinin müşaviri Artak Beglaryan da Laçın dəhlizindəki vəziyyətə toxunub.
“Azərbaycan xüsusi təyinatlıları mülki və “ekoloq” adı altında Azərbaycan dövləti və Əliyev rejimi adından cinayətlər törədirlər. Bu yolla Azərbaycan Artsaxda humanitar fəlakət törətməyə, tamamilə mühasirəyə alınmış 120 min əhalini terrora və panikaya salmağa, həmçinin Rusiya sülhməramlılarının missiyasını gözdən salmağa çalışır.
Azərbaycan tərəfi nəticədə dəyərlərimiz, prinsiplərimiz və hüquqlarımız bahasına güzəştə gedəcəyimizi düşünürsə, bu təzyiq tədbirini tətbiq etməklə çox yanılır. Öz vətənimizdə yaşamaq və öz taleyimizi idarə etmək baxımından qətiyyətimiz sarsılmazdır”, - deyə Beglaryan öz “Facebook” səhifəsində yazıb.