• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Edmon Marukyan Azərbaycan XİN bəyanatına cavab verib
Siyasət
16:2930 Noy, 2022

Edmon Marukyan Azərbaycan XİN bəyanatına cavab verib

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına reaksiya verib. Azərbaycan XİN bəyan etmişdir ki, Praqa və Soçi görüşlərində Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığı müəyyən edilməyib.

“Azərbaycan rəsmiləri bir məsələ ilə bağlı qərar verməlidir. Ermənistanla Azərbaycan arasında sərhəd var, ya yox, çünki onlar 2021-ci il mayın 12-də və 2022-ci il sentyabrın 13-də Ermənistana qarşı törədilən təcavüzlər və Ermənistanın suveren ərazilərinin işğalı zamanı sərhədin delimitasiya olunmadığını, sərhəd olmadığını iddia edirdilər, bəs indi necə iddia edirlər ki, Ermənistan Respublikasının nəzarətində olan Azərbaycan əraziləri var? Azərbaycan tərəfi belə bir iddia ilə Ermənistanla Azərbaycan arasında dəqiq sərhəd olduğunu etiraf edir. Ermənistanın dövlət sərhədi ilə bağlı mövqeyi çox aydındır və beynəlxalq hüquqdan irəli gəlir, odur ki, Ermənistan-Azərbaycan dövlət sərhədi var, tərəflər Alma-Ata bəyannaməsinə və ona əlavə edilmiş protokollara əsaslanaraq, 2022-ci il oktyabrın 7-də Praqada dördtərəfli görüş və 2022-ci il oktyabrın 31-də Soçidə üçtərəfli görüş zamanı bu sərhədin tanınmasını bir daha təsdiqləyiblər.”, - deyə Marukyan “Armenpress”in suallarını cavablandırarkən bildirib.

Səfirin sözlərinə görə, Ermənistan tərəfi dövlət sərhədinin mövcudluğunu qeydə alarkən dəfələrlə məsələ qaldırıb ki, Ermənistanın Tavuş bölgəsinin bir sıra kəndlərinin əkinə yararlı torpaqları - Berkaber kəndinin əkin torpaqlarının  təxminən 70 faizi və su anbarının böyük hissəsi, Paravakar kəndinin əkin sahəsinin təxminən 70 faizi, Aygehovit və Vazaşen kəndlərinin əkinə yararlı torpaqları da 90-cı illərdən indiyədək Azərbaycanın işğalı altındadır.

"Ermənistan qeyd olunan ərazilərin də qaytarılmasında ardıcıl olacaq", - deyə Marukyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mütəmadi olaraq səsləndirdiyi xəritələrlə bağlı məsələyə gəlincə, bəyanatlarda aydın xəritələrin qeyd olunmadığını və sərhədlərin müəyyənləşdirilməsinin hansı xəritələrlə aparılmalı olduğu bəlli olmadığını bəyan edən Azərbaycan tərəfi özü ilə ziddiyyət təşkil edir. 

“Alma-Ata bəyannaməsi və ona əlavə edilmiş protokollarla bir-birinin sərhədlərini qarşılıqlı olaraq tanımaqla Azərbaycan xəritələrin manipulyasiyası mövzusunu bağladı, çünki aydındır ki, söhbət Sovet İttifaqı respublikalarının inzibati sərhədlərindən gedir. Ona görə də burada, “bəli, biz Alma-Ata bəyannaməsi və ona əlavə edilmiş protokollarla Ermənistanın ərazi bütövlüyünü tanıyırıq” demək, lakin sonra tarixi xəritələr haqqında qeyri-müəyyən söhbətləri davam etdirmək mümkün olmaz”, - deyə səfir vurğulayıb.

Ermənistanın hazırkı vəziyyətdə hansı mövqe tutduğununa dair suala cavab olaraq Marukyan vurğulayıb ki, erməni tərəfi dəfələrlə rəsmi cavab verib və bütün sərhəd boyu işğal olunmuş ərazilərin olmamasını təmin etməyi təklif edib, həmçinin sərhəd boyu güzgü şəkildə geri çəkilmə və demilitarizasiya zonasının yaradılması üçün təkliflər verib, lakin bu həll yollarına cavab olaraq Azərbaycan tərəfi öz qoşunlarını 2021-ci il 12 maya olan yerlərə geri çəkməyib, sonra isə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olan komissiyaların davam edən işinə məhəl qoymayaraq, sentyabrın 13-də yeni təcavüzə başladı və nəticədə Ermənistanın suveren ərazisindən yeni ərazilər işğal olundu.

“Vurğulamalıyam ki, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinin tarixini təqdim etməyə cəhd ediləndə müəyyən sərhədin olmasını, Ermənistana qarşı təcavüzkar müharibə əməliyyatları həyata keçirəndə və ərazilər işğal edəndə isə, bizim dəqiq sərhədimizin olmamasını iddia edə bilməz. 

Ermənistanın təqdim etdiyi bütün təkliflər qüvvədədir və Azərbaycanın siyasi iradəsi mövcud olduqda, Alma-Ata bəyannaməsini və ona əlavə edilmiş protokolları rəhbər tutaraq, Sovet İttifaqı respublikalarının inzibati sərhədləri əsasında, irəli getmək və qarşılıqlı tanınan dövlət sərhədlərini tez bir zamanda delimitasitya etmək lazımdır ki, bu da sülh müqaviləsinin imzalanmasına müsbət təsir göstərəcək”.

Baxışların sayı466
facebook icon twitter icon

Oxşar xəbərlər

  • Rusiya tərəfindən Dağlıq Qarabağın çoğrafi adlarından istifadə edilməsi hüquqi cəhətdən əsaslıdır: Marukyan 14:3529 Noy, 2022 Rusiya tərəfindən Dağlıq Qarabağın çoğrafi adlarından istifadə edilməsi hüquqi cəhətdən əsaslıdır: Marukyan Siyasət
  • Azərbaycan Praqada dördtərəfli formatda görüşlərin davam etdirilməsinə razılıq verib: Marukyan 11:5329 Noy, 2022 Azərbaycan Praqada dördtərəfli formatda görüşlərin davam etdirilməsinə razılıq verib: Marukyan Siyasət
  • Azərbaycan Brüsseldə görüşmək istəmir və bunu Makronun iştirakı ilə əlaqələndirir: Marukyan 11:1826 Noy, 2022 Azərbaycan Brüsseldə görüşmək istəmir və bunu Makronun iştirakı ilə əlaqələndirir: Marukyan Siyasət
  • Marukyan Azərbaycanın Ermənistana qarşı saxta ittihamlarını ifşa edib 12:4525 Noy, 2022 Marukyan Azərbaycanın Ermənistana qarşı saxta ittihamlarını ifşa edib Siyasət
Հիմա եթերում
Xəbər lenti
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026
  • Kreml Tuskun Şimal Axını ilə bağlı açıqlamasından təəccübləndi 17:1521 Avq, 2026
  • İntizam səviyyəsinin artırılmasının alternativi yoxdur։ Suren Papikyan Müdafiə Nazirliyinin hərbi hissəsinə gözlənilməz səfər edib 16:1521 Avq, 2026
  • Avqustun 24-də Parlament Hökumət proqramını müzakirə etmək üçün iclas çağıracaq 15:0621 Avq, 2026
  • İranla razılaşma daha da çətinləşib: Tramp 11:4521 Avq, 2026
  • AB-nin Ermənistandakı missiyasının rəhbəri Martuni mərkəzini ziyarət etdi 10:4421 Avq, 2026
  • ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artıb 16:1420 Avq, 2026
  • Vahagn Aleksanyan və Böyük Britaniya səfiri ikitərəfli parlament əlaqələrini dərinləşdirmək perspektivlərini müzakirə ediblər 14:4020 Avq, 2026
  • TRIPP şirkətinin yaradılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir, heç bir maneə yoxdur: Paşinyan 13:2720 Avq, 2026
  • Trampın İrana qarşı siyasəti uğursuzdur: Əraqçi 11:1820 Avq, 2026
  • AB ölkələrinə ixrac həcmləri artıb 10:0320 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015