Noyabrın 11-də ER müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fan Yunu və Çin Xalq Respublikasının Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə yeni təyin olunmuş hərbi attaşesi, baş polkovnik An Tsyanı qəbul edib.
ER müdafiə naziri An Tsyanı müdafiə məsələləri üzrə hərbi attaşe vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni uğurlar və məhsuldar iş arzulayıb.
Görüşdə müdafiə naziri Azərbaycanın son hərbi təcavüzü nəticəsində yaranmış vəziyyəti səfirə təqdim edib.
Həmsöhbətlər Ermənistan-Çin ikitərəfli münasibətlərini yüksək qiymətləndiriblər.
Müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi, inkişaf və genişləndirmə imkanları müzakirə edilib.