Bakıda keçirilən XV Avrasiya İqtisadi Forumu çərçivəsində Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadi məsələlər üzrə naziri Sergey Qlazev bəyan edib ki, Azərbaycan Rusiya üçün mühüm tərəfdaşdır.
“Bu gün Rusiya üçün prioritet “Şimal-Cənub” dəhlizidir ki, burada əsas tranzit ölkə kimi Azərbaycan əsas yer tutur, Avrasiya İqtisadi İttifaqını İran, Türkiyə və Hindistanla birləşdirir”, - deyə Qlazev bildirib.
O əlavə edib ki, Rusiya-Azərbaycan, Aİİ-Azərbaycan əməkdaşlığının əhəmiyyəti artır.