Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ER ərazisində Aİ missiyasının ER-dəki işinə toxunub.
“Şadıq ki, işimiz müəyyən nəticələr verir. Rumıniya regional təhlükəsizlik və sabitliyə sadiqliyini yenidən sübut edərək missiyaya ekspertlərlə töhfə verəcək. Biz Aİ-nin Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş səylərində aktiv rol oynayırıq”- deyə Rumıniyanın xarici işlər naziri, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının üzvü Boqdan Auresku öz tviter mikrobloqunda yazıb.