ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri başa çatdı. Nümayəndələr Palatasının sədri Yerevana səfəri ilə bağlı bəyanat yaydı.
“Yerevanda səfərimiz zamanı, xüsusən də Azərbaycanın Ermənistana hücumundan sonra Ermənistanın əhlükəsizliyinə və demokratiyaya qəti dəstək siqnalı verdik. Səfərimiz sentyabrın 12-də hərbi əməliyyatlar başlamazdan əvvəl planlaşdırılıb”,- bəyanatda qeyd olunub.
O xatırlatdı ki, konqresmenlər Frank Pallon, Anna Eşu və Ceki Spirlə birlikdə Tsitsernakaberd Erməni Soyqırımı Memorialını ziyarət etdi.
Pelosi bildirdi ki, Ermənistanda olduğu müddətdə, Ermənistan baş naziri Nikol Paşinyan, Parlamentinin sədri Alen simonyan, eləcə də Parlamentinin müxalifət liderləri ilə görüşüb.
“Daxili siyasətlə bağlı fikir ayrılıqlarına baxmayaraq, onların arasında aydın razılıq var idi ki, Azərbaycan təcavüzünü dərhal dayandırmalıdır”,- Nümayəndələr Palatasının spikeri vurğuladı.