ER baş nazirinin müavini Mher Qriqoryanın və RF baş nazirinin müavini Aleksey Overçukun rəhbərliyi ilə bu gün, sentyabrın 19-da Yerevanda “Ermənistan-Rusiya əməkdaşlığı: yeni çağırışlar və imkanlar” adlı doqquzuncu Ermənistan-Rusiya regionlararası konfransı keçirilib.
Konfransda hər iki ölkənin baş nazirinin müavinləri çıxış ediblər.
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin konfransın təşkili ilə bağlı mesaj göndəriblər.
Konfransın sonunda ER ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Ermənistan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2022-2027-ci illər üçün regionlararası əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə fəaliyyət planı imzalayıb.
Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, "Müasir şəraitdə logistika, maliyyə və investisiya", “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.