• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Şarl Mişel Paşinyan və Əliyev ilə üçtərəfli görüşdən sonra açıqlama verib
Siyasət
10:4501 Sen, 2022

Şarl Mişel Paşinyan və Əliyev ilə üçtərəfli görüşdən sonra açıqlama verib

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli formatda görüşü olub.
 
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.
 
Bəyanatda deyilir: “May ayında keçirilmiş son görüşümüzdə razılaşdığımız kimi, bu gün mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüm.
 
Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik.
 
Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.
 
Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır.
 
Sülh razılaşması
 
Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik.
 
Humanitar məsələlər
 
Biz, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq.
 
Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.
 
Sərhəd məsələləri
 
Biz sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdik.
 
Biz Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldik.
 
Kommunikasiya
 
Biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik.
 
Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir.
 
Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır.
 
Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək
 
Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik,” Şarl Mişelin bəyanatında deyilir.
 
Qeyd edək ki, bu, analoji formatda sayca dördüncü görüş idi. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə keçirilib.
 
 
Baxışların sayı11
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ruben Rubinyan və Marçin Bosatski Ermənistan-Polşa əməkdaşlığını müzakirə ediblər 17:3210 Sen, 2026
  • Kosmik və aerokosmik texnologiyalar strateji prioritetdir: Baş nazir 16:4210 Sen, 2026
  • TŞ katibi və İsveçrə səfiri iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər 15:3510 Sen, 2026
  • Polşa Seyminin Polşa-Ermənistan Dostluq Qrupunun nümayəndə heyəti Parlamentdə olub 14:1110 Sen, 2026
  • Putinlə əla söhbətim oldu. O, razılaşmanı imzalamaq istəyir: Tramp 12:1210 Sen, 2026
  • Rusiya və Türkiyə Cənubi Qafqaz və Orta Asiyadakı vəziyyəti müzakirə etdilər 11:3610 Sen, 2026
  • Aİ Məhkəməsi Macarıstanın Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsinə qarşı iddiasını rədd edib 16:3409 Sen, 2026
  • Parisə çatdıq: Baş nazir video yayımladı 15:2109 Sen, 2026
  • Rubio Ukrayna münaqişəsinin həlli üçün əlavə təşəbbüslər inkişaf etdirməyi mümkün hesab edir 14:5809 Sen, 2026
  • AB Kiyevə kredit vasitəsilə Patriot raketləri almağa icazə verib 14:1509 Sen, 2026
  • Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Florian Eskudye Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi 11:4809 Sen, 2026
  • ER Parlamentinin sədri və Braziliya səfiri iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər 11:0709 Sen, 2026
  • Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb 08:4909 Sen, 2026
  • Gevorq Papoyan Dubaydakı ən böyük pərakəndə satış şəbəkəsi “Bluemart”ın rəhbərliyi ilə görüşüb 17:0408 Sen, 2026
  • Şimali Makedoniya ilə siyasi dialoqun aktivləşdirilməsinə əhəmiyyət veriri: Nikol Paşinyan 16:5308 Sen, 2026
  • Ermənistan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri ikitərəfli münasibətlərdə hüquqi və müqavilə bazalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər 15:1708 Sen, 2026
  • Enerji dayanıqlığının gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi ER hökumətinin prioritetləri arasındadır: Mirzoyan 14:1108 Sen, 2026
  • Qazaxıstan Ermənistan Baş nazirinə aid edilən məlumatları təkzib edir 12:2708 Sen, 2026
  • Taşa Harris Böyük Britaniyanın Ermənistan üzrə yeni Ali Komissar müavini təyin edilib 11:3808 Sen, 2026
  • Ararat Mirzoyan Latviya Seym sədri ilə görüşüb 09:5108 Sen, 2026
  • Qazaxıstan sosial şəbəkəsində Ermənistanın Baş nazirinə aid edilən ifadələr saxtadır 17:1607 Sen, 2026
  • Ermənistan bütün Baltikyanı ölkələrlə tərəfdaşlığını ardıcıl olaraq genişləndirir: XİBTN 16:5907 Sen, 2026
  • Ararat Mirzoyanın Riqadakı rəsmi müzakirələri Latviya xarici işlər naziri ilə təkbətək görüşlə başlayıb 16:1007 Sen, 2026
  • Putin-Paşinyan görüşü diplomatik kanallar vasitəsilə razılaşdırılacaq: Peskov 15:4907 Sen, 2026
  • Xudatyan və Kvrivişvili nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər 15:3007 Sen, 2026
  • Gevorq Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dubayda keçirilən 15-ci İllik İnvestisiya Görüşündə iştirak edir 14:2607 Sen, 2026
  • Sərhəd keçid məntəqələrinin açılması Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır: Birgə bəyanat 12:3107 Sen, 2026
  • Rubinyan və İsveçrə səfiri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər 12:0007 Sen, 2026
  • Səfir Marqaryan və Litva Seyminin sədr müavini Parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər 11:3205 Sen, 2026
  • Azərbaycan Ermənistana yanacaq çatdıracaq 11:2105 Sen, 2026
  • ER ərazi idarəetmə naziri və Çexiya nəqliyyat naziri aviasiya, dəmir yolu və avtomobil sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər 17:3304 Sen, 2026
  • ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı 16:0904 Sen, 2026
  • Parlamentin və Qətər səfiri regional məsələləri və inkişafları müzakirə etdilər 13:2704 Sen, 2026
  • Nikol Paşinyan Serdar Berdimuhamedovu COP17 çərçivəsində liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət etdi. 11:2604 Sen, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015