Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Həmsöhbətlər Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinin nəticələri və iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan məmnunluq ifadə ediblər.
Tərəflər 9 noyabr 2020-ci il tarixli, 11 yanvar 2022-ci il tarixli və 26 Noyabr tarixlərində üçtərəfli bəyanatların icrasına toxunublar.
Ermənistan və Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Nazir Mirzoyan regional sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar və Azərbaycanla nizamlanma prosesi ilə bağlı Ermənistanın mövqeyini təqdim edib.
İki ölkənin XİN başçıları ikitərəfli və çoxtərəfli formatlarda iki ölkə arasında müttəfiqlik münasibətlərinin və strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.