ER Baş nazirinin müavini Mher Qriqoryanın və İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian həmsədrliyi ilə Yerevanda Ermənistan Respublikası və İran İslam Respublikasının Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclası keçirilib.
Mher Qriqoryan qeyd etdi ki, dost İranla qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlər Ermənistan Respublikası üçün böyük əhəmiyyətə malikdir.
“Biz iki ölkə arasında əlaqələrin böyük potensialını tam şəkildə reallaşdırmaq üçün birgə səylər göstərməliyik. Aydındır ki, ikitərəfli əməkdaşlığın genişlənməsi dost Ermənistan-İran xalqlarına müsbət təsir edəck.
İranın Avrasiya İqtisadi Birliyinin iinteqrasiyasına marağını nəzərə alaraq, Ermənistan bu prosesin təşviqi, eləcə də dost Avrasiya İqtisadi Birliyinin bazarına qapısı olmaq üçün daim səylər göstərir. Biz bu istiqamətdə İranla fəal əməkdaşlığı təmin etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik.
İkitərəfli əməkdaşlığa toxunaraq qeyd etmək istərdim ki, biz enerji və nəqliyyat sahəsində qarşılıqlı sazişlərin qeyd edilməsinə böyük əhəmiyyət veririk.
Qeyd etməliyəm ki, regional nəqliyyat kommunikasiyalarının inkişafı kontekstində Ermənistan Respublikasının İran İslam Respublikası ilə dəmir yolu əlaqəsinin yaradılması bizim gündəliyimizdəki ən mühüm məsələlərdəndir.
Mən əminəm ki, Ermənistan Respublikası və İran İslam Respublikası hökumətləri bu gün imzalanacaq sənəddəki razılaşmaların həyata keçirilməsi istiqamətində səmərəli əməkdaşlığı davam etdirəcəklər”,- deyə Mher Qrigoryan qeyd etdi.