Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilib.
Lavrov Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq, onların müttəfiqlik əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə keçdiyini qeyd edib.
Rusiyalı diplomat ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərə toxunub.
“Bu gün burada bizim erməni həmkarımız Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirmək, liderlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatların necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var” – deyə Lavrov bildirib.
Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonar Larovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü başlayıb.